:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıb

Font

2015-ci ildə manatın devalvasiyasından sonra Azərbaycan ciddi maliyyə itkisinə məruz qaldı, lakin Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun ailəsinin sərvəti bir neçə dəfə artdı. Bu barədə Avropada siyasi mühacirətdə olan bloger Cavanşir Həsənli Facebook səhifəsində yazıb.

O, E. Rüstəmovun qızı Günel Rüstəmovanın və onun əri Cümə Əhmədzadənin sərvətində "fantastik artım"ın baş verməsinə dair çoxsaylı sənədləri dərc edib. C. Əhmədzadə Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadənin oğludur.

Rüstəmovlar cütlüyü uzun müddətdir ki, Londonda yaşayır və bir çox şirkətə sahibdir. Gyunel Limited şirkəti 2005-ci il aprelin 28-də Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya alıb (qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE).
Şirkətin maliyyə sənədlərinə görə, 2008-ci ildə onun sərvəti 10 min funt sterlinqdən az olub. 2014-cü ildə şirkətin sərvəti 1 milyon 102 min 789 funt sterlinq olub. Lakin devalivasiya ilində bu məbləğ iki dəfə artaraq 2 milyon 232 min 787 il sterlinq olub. 2017-ci ildə 4 milyon 394 min 541 funt sterlinqə (təxminən 5.7 milyon dollar) çatıb.

Devalivasiya ilində cütlük Londonun prestijli məhəllələrindən sayılan Princes Gate 69-70 ünvanında mənzil alıblar. Bu ərazidə üçotaqlı mənzilin qiyməti 3.5 milyon funt sterlinqdən başlayır.

Gyunel Limiteddən başqa C. Əhmədzadənin Globally LTD şirkəti də olub. Bu şirkət 2012-ci il dekabrın 8-də 07875402 saylı lisenziya alaraq qeydiyyatdan keçib. Şirkət brend malların satışı ilə məşğul olub, 2014-cü ilin 25 martında qapadılıb.

ALPS s.r.o. şirkətini isə 2007-ci ilin avqustunda Praqada qeydiyyatdan keçiriblər.

2012-ci ilin oktyabrından şirkət daşınmaz əmlak ilə məşğul olub. İlk vaxtlar ticarət və xidmətlər üzrə vasitəçiliklə məşğul olub.

2013-cü ildə cütlük Çexiyada Lipno gölünün sahilində otel alıblar.

2014-cü il mayın 11-də C.Əhmədzadə Çexiya Müdafiə Nazirliyi ilə bu öidarəyə məxsus binanı almaq üçün müqavilə bağlayıb. Sövdələşmənin dəyəri 7 mln. dollara yaxın edib.

Çexiyanın "Hospodarske Novny" saytı 2018-ci il 26 mart tarixli məlumatda C.Əhmədzadəni Azərbaycanda, Boyük Britaniyada və digər ölkələrdə otellər şəbəkəsinin sahibi kimi təqdim edir..

C.Əhmədzadə Çexiya SQ-nin keçmiş binasını sökdürüb və orada böyük otel kompleksinin tikintisinə başlayacaq. 4255 kvadrat metrlik ərazidə 140 otaqlı otel inşa ediləcək.

Rüstəmova-Əhmədzadə cütlüyü 2017-ci il aprelin 17-də Çexiyada daha bir şirkəti - Lipno Investment s.r.o. şirkətini qeydiyyatdan keçiriblər.

Şirkət daşınmaz əmlak alqı-satqısı, ticarət, xidmət, 2018-ci ilin iyunundan isə alkoqollu içkilərin satışı hüququ əldə edib.

Şirkətin həmtəsisçisi Elçin Kazımovdur. O 10 ildir ki, Çexiyada yaşayır. Əvvəllər Azərbaycan Mərkəzi Bankında çalışıb. Hazırda Çexiyada Rüstəmovlar ailəsinin biznes şəbəkəsini idarə edir.

Hələlik AMB rəhbəri və onun ailə üzvləri sözgedən yazıya reaksiya verməyiblər.

Bundan öncə Cavanşir Həsənli keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun və digər dövlət məmurlarının xaricdəki çoxmilyonluq daşınmaq əmlakları barədə sensasion materiallar açıqlayıb. O, öz materiallarının mənbəyini açıqlamır.

"Yeni zaman.az" yazıda adı çəkilənlərin hər birinin mövqeyini dərc etməyə hazırdır.


Bloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıbBloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıbBloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıbBloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıbBloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıbBloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıbBloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıbBloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıbBloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıbBloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıbBloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıbBloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıbBloger daha bir dövlət məmurunun xaricdəki daşınmaz əmlaklarını ortaya çıxarıb