:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hava şəraiti ilə əlaqədar Azərbaycanın orta məktəblərində iki gün tətil elan olunub

Font

Bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Belə ki, C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq və bununla bağlı bütün tədbirlər təxirə salınacaq.