:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ötən il Azərbaycanın 1250 vətəndaşı Türkiyədə əmlak alıb

Font

Ötən il ərzində Azərbaycanın 1 250 vətəndaşı Türkiyədə əmlaka sahib olub.

Türkiyənin Statistika İdarəsinin verdiyi məlumata görə, bu, 2017-ci ilin 12 ayı ilə müqayisədə 308 mənzil və ya 32,7% çoxdur.

Ötən ilin dekabr ayında isə Azərbaycanın 166 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2017-ci ilin dekabr ayı ilə müqayisədə 75 mənzil və ya 82,42% azdır.

Qeyd edək ki, ümumilikdə ötən il 40 044 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 2017-ci il ilə müqayisədə 17 616 ədəd və 78,54% çoxdur. Ötən ay isə Türkiyədə 4 614 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2 433 ədəd və ya 2,12 dəfə çoxdur.

Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq siyahıda ilk yerdə qərarlaşıb. Ötən ilin sonuncu ayında iraqlılar Türkiyədən 897, ötən il ərzində isə ümumilikdə 8 205 mənzil əldə edib.

Siyahıda sonrakı yeri İranlılar tutur. Bu ölkənin vətəndaşları dekabrda 435, 2018-ci il ərzində isə 3 652 mənzil satın alıblar. İlk üçlüyü isə Səudiyyə Ərəbistanı tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 268 mənzil, ötən il ərzində isə 2 718 mənzil əldə ediblər.