:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rihanna atasını məhkəməyə verib

Font

Amerikalı müğənni və aktrisa Rihanna atasını məhkəməyə verib.

Xarici mətbuat xəbər verir ki, tam adı Robin Rihanna Fenti olan aktrisa iddiasında bildirib ki, atası Ronald Fenti qızının şöhrətindən istifadədə edərək özünə "Fenty Entertainment" adlı istedad axtarışı şirkəti yaradıb.

"Fenty Beauty" və "Savage x Fenty" markalarını yaradan Rihanna, atasından bir neçə dəfə onun adından istifadə edərək iş qurmamasını xahiş etsə də, qarşı tərəf onun istəklərini nəzərə almadığını söyləyib.

Bundan əlavə o, 15 milyon dollar müqabilində müğənninin iştirakı ilə Latın Amerikasında konsert turuna dair "SBS Entertainment" şirkəti ilə razılıq əldə etməyə cəhd göstərib.