:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

OPEK+ ölkələri Bakıda neft hasilatının azaldılmasının bazara təsirini müzakirə edəcək

Font

OPEK+ ölkələri Azərbaycanda neft hasilatının azaldılması tempinə əməl olunmasını nəzərdən keçirəcəklər.

Bunu OPEK-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl əl-Məzrui deyib.

Nazir bildirib ki, OPEK+ monitorinq komitəsi bu ilin fevralında Bakıda neft hasilatının azaldılması sazişinin icrasının bazara təsirini müzakirə edəcək.

O əlavə edib ki, neft bazarlarında mərhələli sıçrayışlar müşahidə olunur, hasilatda balans istehsalçı ölkələrin və neft istehlakçılarının maraqlarına xidmət edir.