:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İran XİN: ABŞ harada peyda olursa, orada xaos, haqsızlıq hökm sürür

Font

ABŞ-ın xarici siyasəti yalnız xaos və repressiya yayır.

Bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Maykl Pompeonun anti-İran bəyanatına cavabında deyib.

Nazir bildirib ki, ABŞ harada peyda olursa, orada xaos, repressiya, haqsızlıq hökm sürür:

"İran Birləşmiş Ştatların "müştəri"lərinə və Pompeonun "insan hüquqları müdafiəçilərinin nümunələri" adlandırdığı keçmiş şah və ya indiki başkəsənlərə oxşamağa başlasa, ölkə cəhənnəmə çevriləcək".

M.C.Zərif ABŞ-ı İranı itirməsi həqiqəti ilə barışmağa çağırıb.