:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qapıçı meydançanın komandasına aid hissəsindən qol vurub - VİDEO

Font

İrlandiyanın "Qlentoran" futbol klubunun qapıçısı Elliott Moriss karyerasında ilk dəfə olaraq oyun zamanı meydançanın komandasına aid hissəsindən rəqib qapısına qol vurub.

Qolu əks etdirən videogörüntü "BBC Sport NI" "Twitter"dəki akkauntuna yerləşdirilib.

Qeyd edilir ki, 37 yaşlı qapıçı"İnstitut" komandası ilə matçda, Şimali İrlandiya çempionatının 25-ci turunda fərqlənib. O, oyunun 10-cu dəqiqəsində,cərimə zərbəsi ilə topu rəqib komandanın qapısından keçirib.

Beləliklə, qapıçı "Qlentoran"ın "İnstitut" üzərində 2:0 hesabıi ləqələbə qazanmasına kömək edib.