:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Cazibədar model Ronaldonun təcavüz etməsindən danışdı: "Əlimdə sübutlarım var"

Font

"Yuventus”un və Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldonun başı təcavüz qalmaqalından ayılmır.

10 il əvvəl portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə münasibətdə olan və onunla sonuncu dəfə 18 ay əvvəl görüşdüyünü deyən model Jasmin Lenard" Twitter" hesabında iddialı açıqlamalar verib.




O, Ketrin Mayorqa adlı xanıma təcavüz etməkdə günahlandırılan məşhur futbolçu haqda bunları yazıb:

"İnsanlar Ronaldonun necə biri olduğunu bilsəydi, şok olardı. Artıq geri çəkilib Ronaldonun yalan deməsini izləməyəcəyəm. Ketrin Mayorqa yardım edəcəyəm. Söyləyəcəyim şeylərə kimsə inanmazdı, amma ağıllı bir qızam və əlimdə çox dəyərli ismarışlar və sübütlarım var".


Xatırladaq ki,2009-cu ildə Las-Veqasda Ketrin Mayorqa adlı xanıma təcavüz etməkdə günahlandırılan forvardın bunu illər öncə etiraf etdiyi ortaya çıxıb.

Almaniyanın "Der Spiegel” nəşri Kriştianonun 2009-cu ildə vəkili Osorioya bu barədə danışıb və Ketrinə təcavüz etdiyini boynuna alıb:

"Onunla qeyri-təbii yolla cinsi əlaqədə olduq. Əvvəlcə, icazə verdi və davam etdik. Hər şey qısa alındı. Sonra isə mənə "olmaz, sənin üçün başqa qadınlardan deyiləm” dedi. Hər hansı yardım istəmədi və səs-küy salmadı”.

Vəkil pul hesabına Ronaldonu həbsdən xilas edib və qadına da 350 min dollar ödənilib.Portuqaliyalı ulduz bu yaxınlarda verdiyi açıqlamada qadının onun adından istifadə edərək, məhşurlaşmaq istədiyini söyləmişdi.