:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Bavariya"nın dünya çempionu transferi

Font

Almaniyanın "Bavariya” klubu heyətinə yeni futbolçu cəlb edib.

Münhen təmsilçisinin rəsmi saytı xəbər verir ki, "qırmızılar” "Ştutqart”dan Benjamen Pavarı alıblar. "Bavariya”nın idman direktoru Hasan Salihamiciçin sözlərinə görə, Fransa yığmasının 22 yaşlı müdafiəçisi ilə 5 illik müqavilə bağlanılıb.

Pavar 1 iyul 2019-cu ildə yeni klubuna qoşulacaq. Daha öncə müxtəlif KİV-lərdə "Bavariya”nın "Ştutqart”la 2021-ci ilin yayına qədər müqaviləsi olan futbolçu üçün klubuna 35 milyon avro ödəyəcəyi bildirlirdi.

Qeyd edək ki, Pavar Fransa yığmasının heyətində 2018-ci il dünya çempionatının qalibi olub.