:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Emin yeni doğulan qızının fotosunu paylaşdı

Font

Azərbaycanın xalq artisti, müğənni-bəstəkar Emin Ağalarov yeni foto paylaşıb.

Növbəti dəfə ata olan Emin yeni doğulan qızı ilə fotosunu şəxsi Instagram hesabında sevənləri ilə bölüşüb.

Xalq artisti paylaşdığı şəklin altına bunları yazıb: "Xoşbəxt ata. Bütün uşaqlara sağlamlıq arzulayıram".

Xatırladaq ki, müğənni Emin Ağalarov və model Alyona Qavrilova ötən ilin iyulunda nikaha giriblər. Eminin birinci evliliyindən Mikayıl, Əli adlı doğma və Əminə adlı ögey övladları var.