:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Energetik içkilərin qiyməti kəskin bahalaşdı-SİYAHI

Font

Azərbaycanda enerji içkilərinin qiymətində kəskin artım qeydə alınıb.

Artıq marketlərdə qiymətlər dəyişdirilir. Hazırda bazarda xüsusi pay sahibi olan "Hell", "Redbull" və "Bizon"un qiymətində kəskin artım müşahidə edilir.

Bizon 250 ml - 1,70 AZN
Bizon 500 ml - 3 AZN
Hell 250 ml - 2.10 AZN
Hell 500 ml - 3.80 AZN
Jaquar 250 ml - 1.70 AZN
Jaquar 500 ml - 3 AZN
Redbull 250 ml - 3 AZN

Qeyd edək ki, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər aksiz vergisinə cəlb edilib. Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat aksiz vergisi tutulur.

Bu mallara görə asksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.