:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Fabreqas "Çelsi" ilə son matçında göz yaşlarını saxlaya bilməyib - VİDEO

Font

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas İngiltrə Kubokunun 1/32 finalında "Nottingem Forest" (2:0) ilə keçirilən vida matçında göz yaşlarına hakim ola bilməyib.

31 yaşlı ispaniyalı üçün London klubunun tərkibində sonuncu oyunu olub.

Fabreqas "Barselona"dan "Çelsi"yə 2014-cü ilin yayında keçib. Cari mövsümdə xavbek Premyer Liqa oyunlarından 6-da iştirak edib.

Seskin karyerasını Fransa "Monako"sunda davam etdirəcəyi bildirilir. KİV-in məlumatına görə, ispaniyalı artıq komanda ilə müqavilənin şərtlərini razılaşdırıb. Müqavilə 2,5 ili – 2021-ci ilə qədər olan müddəti nəzərdə tutur. Bundan əlavə futbolçu 6 milyon avrodan çox həcmdə bonus alacaq.