:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Makron etirazçılara səslənib: "Sonda ədalət qalib gələcək"

Font

Fransa prezidenti Emmanuel Makron ölkədə keçirilən "Sarı jiletlilər" hərəkatının etiraz aksiyaları zamanı zorakılıq hallarını pisləyib və tərəfləri dialoqa çağırıb.

O bu barədə "Twitter"də yazıb.

"Yenə respublikaya — onun keşikçisinə, nümayəndələrinə və rəmzlərinə qarşı son dərəcə amansızlıq üz verib. Bunu edənlər mülki müqaviləmizin mahiyyətini unudurlar. Sonda ədalət qalib gələcək", - deyə Fransa lideri bildirib.

Onun sözlərinə görə, etiraz tədbirlərinin hər bir iştirakçısı dialoqa başlamaq üçün özünü ələ almalıdır.