:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Maradona xəstəxanadan çıxdı: Həyatıma heç bir təhlükə yoxdur

Font

Əfsanəvi argentinalı futbol ulduzu, 1986-cı il dünya çempionu Dieqo Maradona müalicə olunduğu xəstəxanadan buraxılıb.

D.Maradona Argentinanın paytaxtı Buenos-Ayresdə ötən gecə xəstəxanaya yerləşdirilmişdi.

Onun mədə qanaxmasından əziyyət çəkdiyi məlum olmuşdu.

Bir gecə xəstəxanada qaldıqdan sonra ulduz evə buraxılıb. O, jurnalistlərə verdiyi açıqlamada həyatına heç bir təhlükənin olmadığını deyib.