:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri razılığa gəldi

Font

ABŞ-ın Baş Qərargah rəisi Cozef Danfordla Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov arasında telefon danışığı olub.

Bu barədə ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəsmi nümayəndəsi Patrik Rayder məlumat yayıb. Onun sözlərinə görə, generallar Suriyada ABŞ və Rusiya hərbçiləri arasında əməliyyatlar zamanı konfliktli situasiyanın qarşısının alınmasını müzakirə ediblər.

Görüşdən sonra tərəflər müzakirə etdikləri məsələlərin detalları barədə məlumat verməkdən imtina ediblər.

Rusiya Müdafiə Nazirliyi də analoji bəyanatla çıxış edib. Rəsmi Moskva tərəflər arasında Suriyadakı situasiyanın və terrorizmlə mübarizənin müzakirə edildiyini bildirib.