:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Səudiyyə vəliəhdinin adı 2 milyard dollarlıq rüşvətdə hallanır

Font

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı cinayət barədə proqramın yayınlanmasının dayandırılması üçün Krallığın vəliəhdi, şahzadə Məhəmməd bin Salman "Netflix”ə 2 milyard dollar rüşvət verib.

"Aksham” xəbər verir ki, ABŞ-ın komediya ustası Hasan Minhajın təqdim etdiyi "Patriot act” adlı proqramının son bölümünün yayımı Səudiyyə Ərəbistanı da daxil olmaqla bütövlükdə Orta Şərqdə senzuraya məruz qalıb. Qlobal internet televiziyası olan "Netflix”in Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanı Camal Qaşıqçının öldürülməsi ilə bağlı cinayətə və Yəməndəki daxili savaşa görə tənqid etdiyi üçün proqramı yayından çıxarması qalmaqal yaradıb. Bu qalmaqalın altından başqa bir saxtakarlıq çıxıb. İddialara əsasən, vəliəhd Məhəmməd bin Salman "Netflix”ə 2 milyard dollar məbləğində ödəniş edib.

Bunun reklam anlaşmaları əsasında ödəniləcəyi bildirilib. Beynəlxalq İnsan Hüquqları Təşkilatının (Human Rights Watch) Orta Şərq üzrə direktoru Sara Li Uitson bu hadisəyə etirazını bildirib: "Netflix” incəsənət, siyasət və komediya da daxil olmaqla heç bir azadlığa inanmayan bir hakimiyyətin tələblərinə tabe olursa, onda azadlıq tərəfdarı deyil”.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, "Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçı 2018-ci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaçıqçının qətlə yetirilməsilə bağlı Ər-Riyad Cinayət Məhkəməsində ilk dinləmələrin keçiriləcəyini bildirib.