:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ-Meksika sərhədində 376 mühacir ölüb

Font

Ötən il ABŞ-Meksika sərhədində 376 mühacir ölüb.

"Anadolu” agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında bildirilib.

Ölənlərdən 20-si qadın, 4-ü uşaqdır. Sərhəddə həlak olanların yarısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Hesabatda qeyd edilib ki, ABŞ-da büdcə böhranına görə federal hökumətin fəaliyyəti müvəqqəti olaraq dayanıb və 2018-ci il dekabrın 21-dən sərhəddəki vəziyyətlə bağlı qeydiyyat aparılmayıb. Ona görə də ölən miqrantların sayının göstərilən rəqəmdən çox olduğu ehtimal edilir.