:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ziko: "Messi Maradona səviyyəsinə yaxındır, lakin onu Pele ilə müqayisə etmək olmaz"

Font

Keçmişlərin məşhur braziliyalı futbolçusu Ziko "Barselona"nın forvardı Lionel Messinin səviyyəsini Diyeqo Maraona və Pelenin oyunu ilə müqayisə edib.

"Omnisport" nəşrin xəbər verir ki, Ziko bunları deyib:

"Messi Maradona səviyyəsinə yaxındır, lakin onu Pele ilə müqayisə etmək olmaz. Mən hələ də hesab edirəm ki, Maradona Messidən yaxşıdır. Lakin onları Pelə ilə müqayisə etmək olmaz. Pele görkəmli futbolçunun malik olmalı olduğu bütün keyfiyyət və xarakterlərə sahibdir.

Allah Peleni yaradarkən, futbolçuya gərək olan bütün keyfiyyətləri onda müəyyən edib: sürət, güc, impulsivlik, texnika, driblinq, ayaqla, başla vurmaq qabiliyyəti. Başla zərbə vurmaq üçün az adam onun kimi hündürə tullana bilirdi. Pelenin boyu isə 170 santimetrdir.

Messidə əməli olaraq hər şey var, lakin Peledəki kimi dünya çempionu titulu yoxdur. Bunun böyük əhəmiyəti var. Lakin Maradona dünya çempionu olub. Və onun çıxış etdiyi komanda Messinin oynadığı komanda kimi deyildi. Onun komandasında Lioneldə olduğu kimi Suares, İnyesta, Xavi, Pike yox idi".