:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Moskvada casusluqda şübhəli bilinən ABŞ vətəndaşı saxlanılıb

Font

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada casusluqda şübhəli bilinən ABŞ vətəndaşı Pol Uilanı saxlayıb.

Bu barədə TASS-a FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzindən xəbər verilib.

"2018-ci il dekabrın 28-də FTX-nin əməkdaşlarının Moskvada apardığı əməliyyat nəticəsində casusluqda şübhəli bilinən ABŞ vətəndaşı Pol Uilan saxlanılıb", - məlumatda deyilir.

Etdiyi əməllərə görə onu 10 ildən 20 ilədək həbs cəzası gözləyə bilər.

Zəruri istintaq hərəkətləri davam etdirilir.