:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bəşşar Əsəd qüvvələri Menbiçə daxil olub -Terrorçu PKK qruplaşması ordan çıxıb

Font

Bəşşar Əsədə bağlı Suriya ordusu terrorçu PKK/YPG-PYD qruplaşmasının tərk etdiyi Menbiç bölgəsinə daxil olub.

Türkiyənin "NTV” televiziyası xəbər verir ki, məlumatı Suriya Baş Qərargahı yayıb.

B.Əsəd qüvvələri Menbiçdə Suriya bayrağı qaldırıblar.

Baş Qərargah bütün vətəndaşların və başqa sakinlərin təhlükəsizliyinə tam təminat verdiklərini bəyan edib.

Qeyd edək ki, terrorçu PKK/YPG-PYD qruplaşması bu gün Suriyanın Menbiç bölgəsindən çıxacağını, həmin ərazinin B.Əsəd rejiminin nəzarətinə verəcəyi barədə açıqlama yaymışdı: "Suriya hökumətini (Bəşşar Əsəd rejimi) çıxdığımız bölgələri, xüsusən də Menbiçi Türkiyənin hücumlarından qorumaq üçün bu əraziyə dəvət edirik”.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oxşar bəyanatla çıxış etmişdi.

Bundan başqa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan terrorçu qruplaşmanın Münbiçdən çıxmasını tələb etmiş, əks halda oranı terrorçulardan təmizləyəcəklərini bildirmişdi.