:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Səudiyyə Kralı XİN başçısını işdən çıxarıb, vəliəhd oğluna yeni vəzifə verib

Font

Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz al-Səud vəliəhd oğlu, şahzadə Məhəmməd bin-Salmana yeni vəzifə verib.

"Haber7” xəbər verir ki, Kral oğlunu Mili Kosmik Agentliyin rəhbər təyin edib.

Salman bin Əbdüləziz al-Səudun digər əmri ilə ölkənin xarici işlər naziri Adil əl-Cübeyr tutduğu vəzifədən azad edilib. XİN başçısı vəzifəsinə İbrahim Əbdüləziz əl-Assaf təyin olunub.

Kral Səudiyyə Ərəbistanının Britaniyadakı səfiri şahzadə Məhəmməd bin-Naufı da tutduğu vəzifədən azad edib.