:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"İnter" 2016-cı ildən bu yana ilk dəfə "Napoli"ni məğlub edib

Font

Futbol üzrə İtaliya A Seriysında "İnter" "Napoli"ni qəbul edib.
Milanın "San-Siro (Cuzeppe Meatsa)" stadionunda keçirilən görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 90+1-ci dəqiqədə Martines vurub.

"İnter" bu qələbə sayəsində xallarının sayını 36-ya çatdırıb və hazırda turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. "Napoli" 41 xalla 2-ci yerdədir. Turnirin lideri aktivində 50 xal olan "Yuventus"dur.

İtaliya A Seriyası. 18-ci tur

"İnter" – "Napoli" - 1:0

Qol: 1:0 – Martines – 90+1

Qırmızı vərəqə: Kulibali, 80, İnsinye, 90+4 ("Napoli")

Daha əvvəl "Atalanta" öz meydanında Turinin "Yuventus" komandası ilə heç-heçə edib.