:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp Vyetnam müharibəsi zamanı hərbi xidmətdən yayınıb

Font

ABŞ prezidenti Donald Tramp 1960-cı illərdə atasının əlaqələri sayəsində hərbi xidmətdən yayınıb.

"New York Times" nəşri xəbər verir ki, bunu nəşrə Nyu-York ortopedi Larri Braunstaynın qızları deyib.

Qadınların sözlərinə görə, onların atası inşaat maqnatı Fred Trampla yaxşı tanış imiş və "ona göstərdiyi xidmət" barədə danışmağı xoşlayırmış.

Onlar iddia edirlər ki, 1968-ci ildə (bu zaman Vyetnamda müharibə gedirdi) həkim Fredin 22 yaşlı oğlu Donalda əslində olmayan ayaqda sümük çıxıntısı diaqnozu qoyub.

Həmin vaxtlar ABŞ-da bu diaqnoz qanuni olaraq hərbi xidmətdən yayınmaq üçün kifayət edirmiş.

Bildirilir ki, bunadək Donald Tramp təhsil ilə əlaqədar 4 dəfə hərbi xidmətdən möhlət alıb.