:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ukraynada hərbi rejim ləğv edilib

Font

Ukrayna Prezidenti Petro Poroşenko ölkənin 10 vilayətində hərbi vəziyyət rejiminin başa çatdığını elan edib.

UNİAN xəbər verir ki, bunu dövlət başçısı "Twitter” səhifəsində yazıb.

"Saat 14.00-dan (Bakı vaxtı ilə saat 16.00- dan) Ukrayna ərazisində hərbi vəziyyət rejimi dayanıb. Dövlətin təhlükəsizliyi ilə bağlı bütün cari vəziyyətə əsaslanaraq bu mənim prinsipial qərarımdır”, - deyə o vurğulayıb.

P.Poroşenko qeyd edib ki, 2019-cu il martın 31-də Ukraynada prezident seçkisi keçiriləcək.

Qeyd edək ki, bu il noybarın 26-dan dekabrın 26-dək Ukraynanın 10 vilayətində hərbi rejim tətbiq edilmişdi.