:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

2018-ci ildə geyimi ilə yaddaşlarda qalanlar - Foto

Font

2018-ci ildə şou-biznes nümayəndələri bir çox halla yadda qalıblar. Onların bir çoxları isə il ərzində ancaq geyimləri ilə gündəmdən düşməyiblər.

2018-ci ildə geyimləri ilə yadda qalan məşhurların siyahısını təqdim edirik:

Müğənni Mətanət Əsədova il ərzində bir neçə dəfə geyindiyi dar, sinə dekolteli paltarlarla gündəmə gəlib. Hər dəfə qatıldığı tədbirdə, verilişdə ifaçı açıq-saçıq libaslardan istifadə edib.



Xalq artistiAygün Kazımovahər zaman olduğu kimi 2018-də də cəsarətli paltarlarla gündəmdən düşməyib. Kazımova gah qısa ətəyi, gah uzun yarığı, gah da sinə dekoltesi ilə hər zaman diqqət mərkəzində olub.



Əməkdar artist Elza Seyidcahanhəmişə fərqli imici ilə diqqət çəkib. Amma 2018-ci ildə müğənni yaddaşlarda sinə dekoltesi ilə də qalıb.



Əməkdar artist Lalə Məmmədovada 2018-ci ildə geyimlə gündəmə gəlib. O, konserti zamanı sinə dekolteli paltar seçib. Əyilib ona verilən gülü almaq istəyəndə isə müğənninin sinəsi görünüb.



MüğənniXatirə İslamda geyimi ilə gündəmə gələnlər siyahısındadır. İlk olaraq sənətçinin martda gecə klubunda verdiyi konsertdə geyindiyi paltar səs-küy yaradıb. Daha sonra isə Xatirə qatıldığı proqramlarda libası ilə yadda qalıb. Hətta ifaçı bir dəfə açıqlamasında "Geyinirəm ki, hamı danışsın" sözlərini deyib. X.İslamın yayada verdiyi solo konsertində də paltarı uzun müddət gündəmdə qaldı.



Müğənni Səmra Rəhimlinində adı gələndə hər kəsin ağlına ilk olaraq onun bikinili qara paltarı gəlir. Səmra klipində, çıxdığı konsertlərdə hər zaman bikinisini geyinib.



Müğənni Roza Zərgərlidə 2018-ci ildə sinə dekoltesi ilə tez-tez gündəmə gələnlərdən olub. Onun geyindiyi bir çox paltar gah dar olmasına, gah da sinəsi açılmasına görə tənqid edilib.



Müğənni Dilarə Kazımovada 2018-ci ilə açıq-saçıq geyimlə başlayıb, elə helə də bitirib. Onun sonuncu dəfə "Maşın" şouda geyindiyi qara transparan ətəyi isə sosial şəbəkədə müzakirələrə səbəb olmuşdu.



Aktrisa Ülfət Bəşirqatıldığı hər qalada bir açıq geyimlə diqqətləri üzərinə toplayıb. Onun 2018-ci ildə bir qala gecəyə geyindiyi sinə dekolteli paltarı isə səs-küy yaradıb.