:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

CNN: ABŞ hökumətinin “time out”u yanvarın əvvəlinədək çətin başa çata bilər

Font

ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə Konqresdəki Demokratlar Partiyasından olan deputatlar arasında Meksika sərhədində divar inşası barədə danışıqlar nəticəsiz qaldığından hökumətin fəaliyyətində baş verən axsamanın yanvarın əvvəlinədək başa çatması elə də inandırıcı görünmür.

CNN xəbər verir ki, yanvar ayında aralıq seçkiləri nəticəsində formalaşan yeni deputatlar heyəti işə başlayır.

Bundan əvvəl yeni administrasiya rəhbəri Mik Malvani "Fox News”a müsahibəsində indiki "shotdown”un dekabrın 28-də başa çatmayacağını və yeni çağırış Konqresə də sirayət edə biləcəyini istisna etməyib. Bununla yanaşı, az ehtimallı sayılsa da, 31 dekabr bazar ertəsinədək razılığın əldə ediləcəyi təqdirdə, kvorumun vacib sayılmadığı, amma ən azı bir nəfər senatorun iştirakının zəruri olduğu yekdil qərarın verilməsi üçün "rəsmi iclas” keçirilə biləcək.

Nümayəndələr palatasında və Senatda demokratların liderləri - Nansi Palosi və Çak Şumer indiki fasilə yanvarda davam edərsə, aşağı palatadakı yeni demokratik çoxluğun "time out”u dayandırmaq barədə qanun layihəsini qəbul etdirəcəyini bildiriblər.

Qeyd edək ki, ABŞ hökumətinin qismən fəaliyyətini dayandırması bundan əvvəl bildirilmişdi.