:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ruhani: Sanksiyalar İranda həyat səviyyəsinə mənfi təsir etsə də, ABŞ məqsədinə çatmayacaq

Font

Vaşinqtonun Tehrana qarşı sanksiyaları İranda həyat səviyyəsinə mənfi təsir göstərsə də, ABŞ məqsədinə çata bilməyəcək.

Bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bəyan edib.

H.Ruhani bildirib ki, İran hökuməti parlamentin, xalqın və ali liderin dəstəyi ilə çətinliklərin öhdəsindən gələcək: "Birləşmiş Ştatlar isə məğlubiyyətə düçar olacaq".

Prezident əlavə edib ki, ABŞ-ın əsas məqsədi İranı diz çökdürməkdir: "Birləşmiş Ştatların məhdudlaşdırıcı tədbirləri beynəlxalq razılaşmaları pozur və birbaşa İran xalqına, regionun əhalisinə və beynəlxalq təşkilatlara qarşı yönəlib".