:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

KİV: Qonsalo İquainlə Alvaro Morata dəyişdirilir

Font

İtaliyanın "Milan” və İngiltərənin "Çelsi” klubları futbolçularını dəyişməyə hazırlaşırlar.

Yenizaman.az "Sportmediaset”ə istinadən xəbər verir ki, söhbət hücumçular – argentinalı Qonsalo İquain və ispaniyalı Alvaro Moratadan gedir. Klubların hazırda son detalları müzakirə etdikləri bildirilir. Transferin isə yanvarın ilk günlərində gerçəkləşməsi proqnozlaşdırılır.

"Milan” İquaini yayda 18 milyon avroya İtaliya "Yuventus”undan icarəyə götürüb. Lakin "qırmızı-qaralar” müqavilədə yer alan 36 milyon avroya birdəfəlik transfer etmək hüququndan yararlanmaq istəmirlər. "Çelsi” də 31 yaşlı hücumçunu yayda birdəfəlik transfer etmək şərti ilə 6 aylıq icarəyə götürmək istəyir.

2017-ci ilin yayında İspaniyanın "Real Madrid” klubundan "Çelsi”yə keçən 26 yaşlı Morata isə hazırda əsas heyətə düşməkdə çətinlik çəkir.