:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp: "Kim Çen Inla növbəti görüşü səbirsizliklə gözləyirəm"

Font

ABŞ prezidenti Donald Tramp bildirib ki, rəsmi Pxenyanla danışıqların gedişatında tərəqqi mövcuddur.

Yenizaman.az TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" hesabında yazıb.

O, qeyd edib ki, KXDR lideri Kim Çen Inla görüşü səbirsizliklə gözləyir.

"Tərəqqi var. Sədr (KXDR-in Dövlət Şurasının sədri - red) Kim Çen Inla növbəti sammiti səbirsizliklə gözləyirəm", - deyə o, Ağ Evdə KXDR-lə bağlı brifinqin fotosunu da özünün səhifəsinə yerləşdirib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo KNSS radiostansiyasına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Donald Trampla Kim Çen Inla ikinci görüşünün 2019-cu ilin əvvəllərində keçiriləcəyinə ümid edir.