:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Finlandiyada "Şimal axını-2" qaz kəmərinin tikintisinə başlanıb

Font

Boru kəməri çəkən "Pioneering Spirit" gəmisi Finlandiyanın ərazi sularında "Şimal axını-2" qaz kəmərinin tikintisinə başlayıb.

"Report” xəbər verir ki, bu barədə layihənin operatoru "Nord Stream 2 AG" şirkəti məlumat yayıb.

"Dinamik yerləşdirmə qabiliyyətinə malik boru kəməri çəkən "Pioneering Spirit" gəmisi Finlandiyanın müstəsna iqtisadi zonasında "Şimal axını-2" qaz kəmərinin çəkilməsi üçün gəmi donanmasına qoşulub", — deyə məlumatda bildirilir.

Operator qaz kəmərinin indiyə qədər artıq 370 km-nin çəkildiyini məlumat verib.

Daha əvvəl "Şimal axını-2” çərçivəsində dənizin dibində işlərə başlanacağı bildirilmişdi.