:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

2018-ci ilə libasları ilə fərqlənən ulduzlar - Fotolar

Font

Bir neçə gündən sonra Yeni ili - 2019-cu ili qarşılayacağıq. Geridə buraxacağımız 2018-ci il isə onlarla mükafatlandırma mərasimləri, qırmızı xalı pozları ilə yadda qaldı. Bəs, bu ilin ən yadda qalan şık qırmızı xalı obrazı kimdə idi?

Xarici mediaya istinadən həmin məşhurları xatırladırıq:

Kendall Cenner- "Qızıl kürə" mükafatlandırma mərasiminə geyindiyi"Giambattista Valli" imzalı libası ilə damğa vurub.



Ancelina Coli- "Bafta" mükafatlandırmamərasiminə geyindiyi "Ralph & Russo" libası ilə adından söz etdirib.



Nikol Kidman- "Oscar" mükafatlandırma mərasimində qırmızı xalıyamavi "Armani Prive" libası ilə çıxıb.



Bleyk Lavli- "MET Gala" mükafatlandırma mərasimində Bleyk"Versace"dən geyindiyi libasla göz oxşayıb.



Kendall Cenner- "Kann film festivalı"nda geyindiyi transparan libası ilə çox danışılıb.



Bella Hadid- "Kann film festivalı"na geyindiyi dərin kürəkdekolteli "Elie Saab" libası, saç və makiyajı ilə nəfəsləri kəsib.



Alessandro Ambrasio- "Kann film festivalı"na libası ilə damğa vuran daha bir məşhurdur. O, gecəyə"Zuhair Murad" imzalı libas geyinib.



Culiana Mur- "Kann film festivalı"nda onlarca məşhur arasında"Givenchy" imzalı qırmızı libası ilə gecənin ulduzu olub.



Ledi Qaqa-"Bir ulduz doğulur" filminin qala gecəsində"Valentino" imzalı libası ilə bütün diqqəti öz üzərinə toplayıb.



Sandra Ballak-"Ocean's 8" Nyu-York qalasına geyindiyi"Elie Saab" imzalı libası ilə çox bəyənilib.