:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sevgilisini döyən məşhur ulduzu həbs gözləyir

Font

Aktyor Əhməd Kuralın müğənni Sılanı döydüyü gecənin təfsilatları üzə çıxmağa başlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, şahidlər Sılanın köynəyində qan izinin olduğunu deyib. İstanbul Cümhuriyyət Prokurorluğunun Kural haqqında hazırladığı ittihamnamədə 5 şahidin ifadəsinə
yer verilib.

İttihamnamədə tibbi ekspertiza Sılanın bədənində yüngül yaralanma izləri olduğunu və sadə tibbi müdaxilə ilə aradan qaldırıla biləcəyi göstərilib.
Prokurorluq dindirmə zamanı aktyorun müğənniyə etdiyi təhdid və təhqirləri, həmçinin ona vurduğu
zərbələrin sadə tibbi müdaxilə ilə aradan qaldırıla biləcəyini qeyd edib. Bu səbəblə dosyenin uzlaşdırma
idarəsinə göndərildiyini, ancaq tərəflərin razılaşmadığı bildirilib.
İttihamnamədə Əhməd Kuralın "Təhqir", "Təhdid", "Adi yaralama" cinayətlərindən 1 il 1 aydan 5 ilə qədər həbsi tələb olunub. İttihamnamə qəbul edilərsə, aktyor yaxın günlərdə İstanbul Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.