:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyədə içərisində Azərbaycan vətəndaşlarının da olduğu gəmi qəzaya uğrayıb

Font

Dekabrın 19-da İstanbulun Şile rayonu sahillərində qəzaya uğrayan, Komor Adalarına məxsus "Natalia” karqo gəmisində Azərbaycanın 10 vətəndaşı da var.

AZƏRTAC  xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayev məlumat verib.

Onun sözlərinə gör, məsələ ilə əlaqədar Türkiyə hökumətinin aidiyyəti qurumları ilə əlaqə yaradılıb: "Gəmidə xilasetmə işləri davam etdirilir. Azərbaycanlıların vəziyyəti ilə bağlı heç bir problem yoxdur. Məsələ ilə əlaqədar Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyində "qaynar xətt” yaradılıb".