:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Reynaldo yenidən "Qarabağ"da

Font

Bu gün "Qarabağ" futbol klubu 2019-cu il öncəsi ilk transferini reallaşdırıb.

Klubun saytı məlumat verir ki, 2013-2016-cı illərdə komandamızda 87 oyunda 43 qolla yadda qalan sabiq forvardımız Reynaldo Silva yenidən "Qarabağ"a qayıdıb.

Futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.

Reynaldo komandaya qayıdışı ilə bağlı fikirlərini bölüşüb: "Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbirsizliklə "Qarabağ" forması ilə yenidən meydana çıxmağımı gözləyirəm. Yaxşı formada olmağım üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ"ın heyəti mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".

Xatırladaq ki, Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub.