:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ "Patriot" HHM sistemlərinin Türkiyəyə satışını təsdiqləyib

Font

ABŞ Dövlət Departamenti ümumi dəyəri 3,5 milyard dollar olan müvafiq avadanlıqlı "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılmasına razılıq verib.

TASS xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

"Türkiyə "Patriot"dan öz raket hücumundan müdafiə qabiliyyətini gücləndirmək, ərazi bütövlüyünü qorumaq və regional təhdidlərin qarşısını almaq üçün istifadə edəcək. Təklif edilən satış, türk hərbçilərinin düşmən təcavüzündən qorunmaq və Türkiyə daxilində təlim keçə və hərəkət edə bilən NATO üzrə müttəfiqləri qoruması üçün müdafiə imkanlarını artıracaq", - deyə idarənin məlumatında bildirilir.