:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BMT Baş Assambleyası qaçqınlara dair Qlobal müqavilə qəbul edib

Font

BMT Baş Assambleyası qaçqınlar haqqında Qlobal müqavilə qəbul edib.

RİA "Novosti" xəbər verir ki, 181 ölkə sənədin lehinə, 2-si əleyhinə səs verdiyi halda, 3 dövlət bitərəf qalıb.

Qaçqınlar haqqında Qlobal müqavilə qaçqın qəbul edən ölkələrin yükünü yüngülləşdirməyə və qaçqınların özləri özlərini təmin etmək qabiliyyətini yaxşılaşdırmağa yönəlib.

Sənəd qaçqınların çıxdıqları ölkələrdə təhlükəsiz evə qayıtmaq üçün şəraitin yaradılmasını nəzərdə tutur.


BMT Baş Assambleyası "Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərinin, Qara və Azov dənizlərinin bölgələrinin hərbiləşdirilməsi problemi" barədə də qətnamə qəbul edib.

66 ölkə sənədin lehinə səs verib.

Bildirilir ki, 72 ölkə qətnaməyə bitərəf qalıb, daha 19 ölkə isə onu dəstəkləməyib.

Qətnamə Ukrayna başda olmaqla 40 dövlətdən ibarət qrup tərəfindən irəli sürülüb.

Sənəddə Rusiyanın Krıma qoşun və silah göndərməsi ilə Ukrayna, Qara dəniz regionu və bütün Avropa üçün təhlükə yaratdığı qeyd olunur. İlk dəfə olaraq Rusiyaya qoşunlarını dərhal Krımdan çıxartmaq və onun müvəqqəti işğalına yubandırmadan son qoymaq çağırışı edilib.