:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ-dan Türkiyəyə ZƏRBƏ

Font

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın Təl-Əbyad bölgəsində Türkiyə sərhədinə 2 km məsafədə inşa etdiyi keçid-nəzarət məntəqəsini PKK terror təşkilatına təhvil verib.

Terrorçular həmin məntəqdən binokl və tele-obyektivlər vasitəsilə Türkiyə sərhədini izləməyə çalışır.

Nəzarət məntəqəsinin təhlükəsizliyi isə ABŞ-ın verdiyi zirehli maşınlarla təmin edilir. Bununla yanaşı, məntəqə qarşısında səhra topları, çoxlüləli raketatan, raket sistemləri var.

Sözügedən məntəqə Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə başladacağı növbəti hərbi əməliyyatda vurulacaq ilk hədəflərdən biridir.

ABŞ ilə PKK-nın əməkdaşlığının daha bir sübutu isə tvitterdə ortaya çıxıb.

Belə ki, ABŞ-ın İŞİD terror təşkilatına qarşı koalisiya qüvvələrinin mətbuat katibi Sean Rayn Türkiyə Silahlı Qüvvələrinə "terrorçu” deyən bir PKK-çının postunu paylaşıb.

Şərh bölməsində isə "mənim üçün həftənin favorit fotosudur. ABŞ Xüsusi Qüvvələri (yaşıl bərəlilər) terrorçu türk ordusunun snayperçilərinin royovalı dinc sakinləri hədəf alması və evdən məktəbə gedən azyaşlı qızı öldürməsindən sonra Royova-Türkiyə sərhədində gəzirlər” ifadələri yer alıb.(publika.az)