:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

KİV: "Brexit"dən sonra Tereza Mey vəzifədən gedəcək

Font

Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra Baş nazir Tereza Mey vəzifədən gedə bilər.

"The Daily Telegraph xəbər verir ki, bunu Nazirlər Kabinetinə İngiltərə və Uelsin Baş prokuroru Cefri Koks bildirib.

O deyib ki, başqaları onun davamçısı olub Avropa İttifaqından çıxmağın şərtləri barədə yeni razılaşma əldə edəcək: "Hələlik isə nazirlər T.Mey tərəfindən təklif edilən variantla razılaşmalıdırlar”.

Bundan əvvəl KİV Mühafizəkarlar Partiyası üzvlərinin liderləri Tereza Meydən xəbərsiz "Brexit"ə dair yeni referenduma hazırlığa başladıqları barədə məlumat yaymışdı.