:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Lukaşenko: Belarusda ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda

Font

Belarusda ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda.

Erməni mətbuatı məlumat verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiyanın KİV nümayəndələri ilə görüşündə deyib.

A.Lukaşenko Azərbaycana silah satışı ilə bağlı Yerevanın Minskin ünvanına səsləndirdiyi tənqidlərə toxunaraq MDB sammitində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla söhbətinin təfərrüatlarını danışıb:

"İlham Əliyevin də iştirak etdiyi MDB sammiti çərçivəsində Putinin yanında ona (Paşinyan - red.) dedim: "Nikol, gəl məsələyə nöqtə qoyaq. Azərbaycana silah satışında ilk yeri hansı ölkə tutur? Rusiya. Hə, nə oldu, dilini uddun? Buyur, Vladimir Vladimiroviçi tənqid elə. Hə, nədir, qorxursan? Bu siyahıda Belarus - "Polonez"ləri nəzərə almaqla - 4 və ya 5-ci yeri tutur. "Polonez"lər yoxdursa, 10-cu olacağıq. Mənə hücum edirsən ki, başqaları anlasın? Sən de, mən susacağam". Söhbət belə oldu. Mən nədə haqsızam? İndi mən antierməni sayılıram? Bizdə ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda".