:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Facebook” məlumat sızdırdığına görə cərimələnə bilər

Font

"Facebook” istifadəçilərinin məlumatlarının məxfiliyini pozduğuna görə böyük məbləğdə cəriməyə məruz qala bilər.

"Gazeta.ru” xəbər verir ki, İrlandiya Məlumatların Qorunması Komitəsi bu sahədəki Avropa qanunlarına riayət olunmasına nəzarət çərçivəsində şirkət barəsində araşdırmalara başlayıb.

Avropada qüvvədə olan Ümumi Məlumatların Qorunmasının Tənzimlənməsi (General Data Protection Regulation - GDPR) əsasən, məxfiliyi pozan şirkətlər 23 milyon ABŞ dollarınadək, yaxud məbləği daha yüksək olduğu təqdirdə, illik mənfəətin 4 faizi məbləğində cərimə olunur.

Beləliklə, 2017-ci ildə 40 milyard dollaradək mənfəət əldə edən "Facebook” şirkəti bu il də mənfəəti eyni səviyyədə olarsa, 1,6 milyard dollara yaxın cərimə ödəməli olacaq.