:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşib

Font






Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanan bütün komandaların adlarına aydınlıq gəlib.

"Report" xəbər verir ki, bu, qrup mərhələsinin son tur qarşılaşmalarından sonra müəyyənləşib.

Qruplarda ilk 2 yeri tutan "Bayer" (Almaniya), "Sürix" (İsveçrə), "Zaltsburq" (Avstriya), "Seltik" (Şotlandiya), "Zenit" (Rusiya), "Slaviya" (Praqa, Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Fənərbağça" (Türkiyə), "Arsenal" (İngiltərə), "Sportinq" (Portuqaliya), "Betis" (İspaniya), "Olimpiakos" (Yunanıstan), "Vilyarreal" (İspaniya), "Rapid" (Vyana, Avstriya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Latsio" (İtaliya), "Genk" (Belçika), "Malmö" (İsveç), "Sevilya" (İspaniya), "Krasnodar" (Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Renn" (Fransa), "Çelsi" (İngiltərə), BATE (Belarus) adını növbəti mərhələyə yazdırıb.

Onlara Çempionlar Liqasının qrup mərhələsini 3-cü yerdə tamamlayan "Brügge" (Belçika), "İnter" (İtaliya), "Napoli" (İtaliya), "Qalatasaray" (Türkiyə), "Benfika" (Portuqaliya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Viktoriya" (Plzen, Çexiya) və "Valensiya" (İspaniya) da qoşulub.

1/16 final mərhələsinin püşkü dekabrın 17-də atılacaq.

Avropa Liqası, qrup mərhələsi, VI tur

13 dekabr

A qrupu

00:00. AEK (Kipr) - "Bayer" (Almaniya) - 1:5

00:00. "Ludoqorets" (Bolqarıstan) - "Sürix" (İsveçrə) - 1:1

Xal durumu: "Bayer" - 13, "Sürix" - 10, AEK - 5, "Lüdoqorets" - 4.

B qrupu

00:00. "Leyptsiq" (Almaniya) - "Rusenborq" (Norveç) - 1:1

00:00. "Seltik" (Şotlandiya) - "Zalsburq" (Avstriya) - 1:2

Xal durumu: "Zaltsburq" - 18, "Seltik" - 9, "Leyptsiq" - 7, "Rusenborq" - 1.

C qrupu

00:00. "Kopenhagen" (Danimarka) - "Bordo" (Fransa) - 0:1

00:00. "Slaviya" (Praqa, Çexiya) - "Zenit" (Rusiya) - 2:0

Xal durumu: "Zenit" - 11, "Slaviya" - 10, "Bordo" - 7, "Kopenhagen" - 5.

D qrupu

00:00. "Spartak" (Trnava, Slovakiya) - "Fənərbaxça" (Türkiyə) - 1:0

00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Anderlext" (Belçika) - 0:0

Xal durumu: "Dinamo" - 14, "Fənərbağça" - 8, "Spartak" - 7, "Anderlext" - 3.

E qrupu

00:00. "Arsenal" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 1:0

00:00. "Sportinq" (Portuqaliya) - "Vorskla" (Ukrayna) - 3:0

Xal durumu: "Arsenal" - 16, "Sportinq" - 13, "Vorskla" - 3, "Qarabağ" - 3.

F qrupu

00:00. "Düdelanj" (Lüksemburq) - "Betis" (İspaniya) - 0:0

00:00. "Olimpiakos" (Yunanıstan) - "Milan" (İtaliya) - 3:1

Xal durumu: "Betis" - 12, "Olimpiakos" - 10, "Milan" - 10, "Düdelanj" - 1.

G qrupu

21:55. "Rapid" (Vyana, Avstriya) - "Reyncers" (Şotlandiya) - 1:0

21:55. "Vilyarreal" (İspaniya) - "Spartak" (Moskva, Rusiya) - 2:0

Xal durumu: "Vilyarreal" - 10, "Rapid" - 10, "Reyncers" - 6, "Spartak" - 5.

H qrupu

21:55. "Latsio" (İtaliya) - "Ayntraxt" (Almaniya) - 1:2

21:55. "Marsel" (Fransa) - "Apollon" (Kipr) - 1:3

Xal durumu: "Ayntraxt" - 18, "Latsio" - 9, "Apollon" - 7, "Marsel" - 1.

I qrupu

21:55. "Beşiktaş" (Türkiyə) - "Malmö" (İsveç) - 0:1

Qırmızı vərəqə: Rikardu Kuarejma,

21:55. "Genk" (Belçika) - "Sarpsborq" (Norveç) - 4:0

Xal durumu: "Genk" - 11, "Malmö" - 9, "Beşiktaş" - 7, "Sarpsporq" - 5.

J qrupu

21:55. "Akhisar" (Türkiyə) - "Standard" (Belçika) - 0:0

21:55. "Sevilya" (İspaniya) - "Krasnodar" (Rusiya) - 3:0

Xal durumu: "Sevilya" - 12, "Krasnodar" - 12, "Standard" - 10, "Akhisar" - 1.

K qrupu

21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Yablonets" (Çexiya) - 0:1

21:55. "Renn" (Fransa) - "Astana" (Qazaxıstan) - 2:0

Xal durumu: "Dinamo" - 11, "Renn" - 9, "Astana" - 8, "Yablonets" – 5.

L qrupu

21:55. "Videoton" (Macarıstan) - "Çelsi" (İngiltərə) - 2:2

21:55. PAOK (Yunanıstan) - BATE (Belarus) - 1:3

Xal durumu: "Çelsi" - 16, BATE - 9, "Videoton" - 7, PAOK - 3.