:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pikenin almaq istədiyi klubun adı müəyyənləşib

Font

İspaniyanın "Barselona" klubunun futbolçusu Jerard Pikenin almaq istədiyi klub müəyyənləşib.

Yenizaman.az "Football Espana"ya istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi İspaniya V divizionunda çıxış edən "Andorra" klubunu almağa çox yaxındır.

Təcrübəli oyunçu klubun sahibi olduğu "Cosmos" investisiya şirkətinin vasitəsilə özəlləşdirməyi planlaşdırır.

Qeyd edək ki, Jerard Pike daha öncə klub almaq və yeni turnir yaratmaq istədiyini bildirib. O, 2008-ci ildən "Barselona"da çıxış edir.