:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mey Breksit üzrə səsverməni ləğv etdi

Font

Böyük Britaniyanın Baş naziri Tereza Mey Parlamentin İcmalar palatasında Avropa İttifaqının üzvlüyündən çıxmağın şərtlərinə dair səsverməni ləğv edib.

Bu haqda "Bloomberg” agentliyi mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, siyasətçinin qərarı "dağıdıcı məğlubiyyət” riskləri ilə izah olunur.

Qeyd edək ki, daha əvvəl Lüksemburqda yerləşən Avropa Ədliyyə Məhkəməsi Böyük Britaniyaya Breksit haqqında fikrini dəyişməyə icazə verib.

"Birləşmiş Krallıq Avropa İttifaqı üzvlüyündən çıxmaq niyyəti barədə birtərəfli bildirişini (29 mart 2017-ci il tarixində Avropa İttifaqı Şurasına göndərilən sənəd – red.) geri götürməkdə sərbəstdir”, - məhkəmənin qətnaməsində deyilirdi.

Britaniya parlamentində səsvermənin dekabrın 11-də keçirilməsi nəzərdə tutulurdu.