:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Yuventus" "İnter"i məğlub etdi

Font

Turinin "Yuventus" klubu futbol üzrə İtaliya A Seriyasının 15-ci turunda Milan "İnter"ini məğlub edib.

Turinin "Alyans — Yuventus" stadionunda keçirilən matç 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Qarşılaşmada vurulan yeganə qolun müəllifi xorvatiyalı hücumçu Mario Mancukiç olub. O, komandasına qələbə gətirən qolu 66-cı dəqiqədə portuqaliyalı müdafiəçi Joau Kanselunun məhsuldar ötürməsindən sonra vurub.

Bu qələbə sayəsində "Yuventus" cari İtaliya çempionatı mövsümündə məğlubiyyətsizlik seriyasını davam etdirib. Massimiliano Alleqrinin yetirmələri 15 oyunda 14 qələbə və 1 heç-heçəyə nail olublar. "İnter" isə son dörd qarşılaşmada 2-ci məğlubiyyətini alıb.

Turin komandası hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir, Milan klubu isə 29 xalla üçüncüdür.