
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi başa çatıb.
Axırıncı matçda ölkə kubokunun son qalibi "Keşlə" I Divizion klubu "Şüvəlan"la üz-üzə gəlib. Görüş Premyer Liqa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu nəticədən sonra 1/4 finala yüksəlib.
Qeyd edək ki, 1/8 finalın ilk oyunlarında "Sabah” "Ağsu”ya (3:0), "Səbail” "Kəpəz”ə (4:0), "Sumqayıt” isə "Qaradağ Lökbatan”a (4:0) qalib gəlib.
"Sumqayıt" 1/4 finalda "Neftçi", "Səbail" "Zirə", "Sabah" "Qəbələ", "Keşlə" isə "Qarabağ"la qarşılaşaq. Mərhələ adlayan komandalar ilk oyunlarını səfərdə keçirəcəklər.
Azərbaycan Kuboku 1/8 final
"Ağsu” – "Sabah” - 0:3
Qollar: Bəxtiyar Soltanov, 6. Vitali Kvaşuk, 26. Emil Qasımov, 75
"Kəpəz” – "Səbail” - 0:4
Qollar: Tome Kitanovski, 11. Aqşin Qurbanlı, 41. Orxan Qurbanlı, 62. Ağabala Ramazanov, 77
"Qaradağ Lökbatan” – "Sumqayıt” - 0:4
Qollar: Nicat Qurbanov, 14. Süleyman Əhmədov, 29. Ülvi İsgəndərov, 69. 86
"Şüvəlan” – "Keşlə” - 0:3
Qollar: Əzəmət Ələkbərli, 47. Vaqif Cavadov, 50. Andre Klennon, 85