:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Putindən ABŞ-ın ultimatumuna cavab

Font

"Əgər ABŞ hesab edirsə ki, Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə nəzərdə tutulmayan silaha malik olmalıdır, həmçinin, Rusiya da bunu etməli olacaq”.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib.

Prezident prinsip etibarilə o arqumentləri anlaşıqlı adlandırdı ki, yalnız ABŞ və Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədə nəzərdə tutulan silahı istehsal etmir.

"Bu, həqiqətdir. Bir çox başqa ölkələr belə silah istehsal edirlər, amma Rusiya və ABŞ-ın özü ikitərəfli qaydada bu hüququ məhdudlaşdırıb. İndi, görünür ki, bizim amerikalı partnyorlarımızın fikrincə, vəziyyət o qədər dəyişib ki, ABŞ belə silaha malik olmalıdır. Bizim tərəfimizdən hansı cavab olacaq? Cavab sadədir: biz də həmçinin bunu etməli olacağıq”, - Rusiya lideri yekunlaşdırıb.