:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BNA: İctimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır

Font

Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

İdarə Heyətinin sədri qeyd edib ki, hazırda çox ciddi sürücü problemi var: "Orta hesabla 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2.5, 2.7 əmsalında dəyişir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var".

V.Kərimli bildirib ki, sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur: "Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar. Sürücülər fiziki olaraq yorulurlar".

Paytaxtda 41 daşıyıcı şirkət fəaliyyət göstərir, lakin "BakuBus" da daxil olmaqla, cəmi 3-4 şirkət vətəndaşları məmnun edəcək xidmət göstərir.

Bunu da Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri deyib.

V.Kərimli bildirib ki, paytaxtda gündəlik 2 mindən artıq avtobus xəttə buraxılır:

"Gün ərzində Bakıda avtobuslarla 2,7 milyon sərnişin daşınır. Bunun da təqribən 17 faizi "BakuBus"ın payına düşür. İstəyirik ki, dövlət bu sahəyə 85 faizə qədər nəzarət etsin. Qalan 15 faiz isə dövlətin qoyduğu meyarlara cavab verən özəl şirkətlər olsun".