:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sərbəst güləşçilərimiz İranda Ermənistan yığmasına qalib gəlib

Font

İranın Urmiya şəhərində keçirilən gənc güləşçilər arasında "Martyrs Cup" turnirində sərbəst güləşçilərin mübarizəsi başa çatıb.

Məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Şahin Muxtarov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev, Tural Hüseynov (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Əşrəf Aşurov (70 kq), Davud İbrahimov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət yığmamız qrupda əvvəlcə Urmiya ilə qarşılaşıb. Görüş 5:5 hesabıyla başa çatıb. Fərdi qarşılaşmaların fərqinə görə yerli komanda qələbə qazanıb. Millimiz bu məğlubiyyətin əvəzini İranın digər komandasından çıxıb - 7:3. Qrupdakı son görüşdə Ermənistana 6:4 hesabıyla qalib gələn pəhləvanlarımız 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Yığmamız son görüşdə İranın daha bir komandasıyla üz-üzə gəlib. İki güləşçimizin zədələnməsi nəticəyə təsirini göstərib - 4:6.

Beləliklə, millimiz Urmiyada 4-cü yeri tutub.