:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Putindən Türkiyə açıqlaması

Font

Rusiya prezidenti Vladimir Putin Argentinada baş tutacaq G20 liderlər zirvəsində amerikalı həmkarı Donald Tramp ilə görüşəcəyinə ümid etdiyini deyib.

Prezident məsələyə "Rusiya çağırır” illik investisiya forumunda çıxışı zamanı münasibət bildirib.

Putin, həmçinin, S-400 raket müdafiə sistemlərinin Türkiyəyə satışı ilə bağlı sualları da cavablandırıb. O, satışın ABŞ dolları ilə olmayacağını bildirib:

"Rusiya dollardan uzaqlaşırmı? Biz deyil, dollar bizdən uzaqlaşır. ABŞ beynəlxalq ticarətdə dollar vasitəsilə dünya ölkələrinə sanksiya tətbiq edir. Bu da onlara zərər verəcək".

Putin deyib ki, foruma qatılmazdan yarım saat öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb:

"Digər mövzularla yanaşı, S-400-lərlə bağlı danışdıq. Razılaşma daha öncə əldə edildi. Dollar vasitəsilə satış etmək istəsək belə, alınmayacaq”.