:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Avanqard MM” MMC təkzib edir

Font

Con günlər bir sıra KİV-lərdə Bakı şəhəri, Yasamal rayonu, 546-cı məhəllə, Ş.Mehdiyev 16 və Hüseyn Cavid prospekti 26 ünvanında yerləşən "Ziyalılar evi" ("Akademiklər evi") kimi tanınan on bloklu binanın sakinlərinin əsaslı təmir işlərinin aparılmasından sonra kommunal xidmətlərinin, havalandırma sisteminin və liftlərin işləmədiyi barədə Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə ünvanladıqları şikayət məktubu ilə bağlı yanlış, böhtan xarakterli xəbərlər dərc edilmişdir.

Yayılmış bu xəbərlərlə əlaqədar, nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Baş Nazirinin 2009-cu il 24 aprel tarixli 072 nömrəli qərarı ilə, Akademik Şəfayət Mehdiyev küçəsi 16, 546-cı kvartal və Hüseyn Cavid prospekti 26-da yerləşən binanın qəzalı vəziyyətdə olması səbəbi ilə sakinlərinin köçürülməsi 2010-cu ilin fevralında həyata keçirilib. Qərara əsasən köçürülmə və yeni binanın tikintisi ilə bağlı bütün məsələlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, sakinlərə kompensasiya verilməsi məsələsinin tənzimlənməsi Bakı şəhər İcra Hakimiyyətinə, binanın layihələndirilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, binanın yaşayış və qeyri-yaşayış sahələrindən köçürülən sahibkarlara tikiləcək binada verilən mənzillərin və qeyri-yaşayış sahələrinin qeydiyyat məsələlərinin həll olunması isə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə olunmuşdur.
Bildirmək istərdik ki, məqalədə həqiqətə uyğun olmayan məlumatlar yer almış və hətta cəmiyyətə qərəzli və böhtan xarakterli məlumatlar ötürülmüşdür. Belə ki, həmin binada baş podratçı şirkət Gilan İnşaat deyil, yazıda adı keçən "Avanqard MM” MMC-dir. Binada olan tikinti işlərinin "Avanqard MM” MMC tərəfindən aparılmasını bütün rəsmi sənədlər, sərəncamlar, texniki şərtlər və hətta bu günə qədər əvəzsiz olaraq sakinlərin yerinə ödənilmiş kommunal xidmətlərin hesab faktura və qəbzləri də təsdiq edir!
Yazının qərəzli olması elə bundan gorünür ki, yalanları mətbuata ötürənlər və jurnalist vəzifələrini yerinə yetirməyənlər, məsələni aydınlaşdırmadan və qarşı tərəfin münasibətini, fikirlərini öyrənmədən tələsik ajiotaj yaratmağa meyilli olublar.
Məsələnin həqiqəti isə budur ki, qəzalı bina sökülərək, yerində sakinlər üçün müasir tipli premium sinfinə aid bina inşa edilmiş, sökülən mənzillərin əvəzinə 20% həcmində artım olmaqla, bütün standartlara cavab verən mənzillər tam təmirli vəziyyətdə sakinlərə təqdim edilmişdir. Binada mərkəzləşdirilmiş isitmə və soyutma sistemi quraşdırılmış, telekommunikasiya xidmətləri tam müasir avadanlıqlarla təhciz edilmişdir.
Nəzərinizə çatdırırıq ki, binanın kiçik bir hissəsinin tikintisinin uzanma səbəbi binanın iki fazalı olması və Metropoliten tərəfə düşən hissəsinin geoloji ekspertiza və layihələr üzərində məcburi düzəlişlərin aparılması ilə əlaqəlidir. Binanın bir hissəsi tam tikilib və hazır vəziyyətdə sakinlərin xidmətinə verilmiş, digər hissədə isə tamamlanma işləri davam edir. Sakinlərə təmir işlərinin gedişatı ilə tanış olmaq imkanı yaradılmışdır. Mənzillərin əsaslı təmirindən sonra sakinlər tərəfindən baxış keçirilmiş, görülmüş işlərə dair təhvil-təslim aktları imzalanmışdır. (Şəkillər dəlil kimi məktuba əlavə edilmişdir).
Məqalədə göstərilir ki, sakinlər şirkət tərəfindən təhdid olunurlar ki, əgər mülkiyyət hüquqlarına dair sənədlər tələb edilərsə, bu və digər problemləri həll etmək və normal şərait yaratmaq tələb edilərsə, lift və qazın verilməsi dayandırılacaqdır. Təbii ki, bu ağ yalandır və hər hansı meyarlara sığmayan bir fikirdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən həmin yaşayış binasında mülkiyyət hüquqlarına dair sənədlər verilməsi birbaşa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Bu məsələdə "Avanqard MM” MMC-nin hər hansı rolu və ya funksiyası yoxdur. Digər tərəfdən məqalə yazarı və məqalədə əks olunan mövqelər bir-birini onunla təkzib edir ki, məqalənin əvvəlində güya ki, sakinlər həmin binada kommunal xidmətlərdən – qazın, isti suyun olmamasından şikayətlənir, amma məqalənin ayrı bir hissəsində şirkətdən bu və digər problemləri həll etmək və normal şərait yaratmaq tələb etdikləri təqdirdə liftin dayandırılması, qazın və isti suyun kəsilməsi ilə bağlı təhdid olunurlar. Məntiqi bir sual doğurur ki, əgər bir binada qaz və su təminatı yoxdursa, və mövcud olmayan qazın və suyun kəsilməsi necə baş verə bilər ?. Bu kimi fikirlər həmin məqalənin qərəzli çap olunmasına dəlalət edir.
Təklif edirik ki, bu tip məlumatlar mətbuata ötürülməzdən əvvəl, maraqlı olan şəxslər "Avanqard MM” MMC-yə müraciət edib məsələnin obyektiv tərəflərini öyrəndikdən sonra fikir formalaşdırsınlar. 

Abdulali Allahverdi
"Avanqard MM” MMC-nin direktoru